AZ

Türkiyədən xəbərdarlıq: Təxribat hazırlanır


Suriyada dini-etnik zəmində provokasiya hazırlanır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Suriyada baş verən son qarşıdurmaları şərh edərkən deyib.

Çelik Türkiyənin Suriyanın ərazi bütövlüyünü və milli birliyini sona qədər müdafiə etdiyini bildirib:

"Suriya suriyalılara məxsusdur dedikdə, bütün qrupları əhatə edən və onların təhlükəsizliyini təmin edən bir quruluşun ortaya çıxmasını nəzərdə tuturuq.l".

İsraildən sığınacaq və müdafiə istəyənlərə reaksiya verən Çelik bütün bunların açıq-aşkar təxribat olduğunu qeyd edib:

“Biz onları yaxından izləyirik. Bütün bu çağırışlar beynəlxalq müdaxilə çağırışlarıdır".

Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib.

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

Seçilən
10
4
news24.az

10Mənbələr