...Ukraynanın gələcəyi üçün onun hazırkı lideri Vladimir Zelenski istefaya göndərilməlidir.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksiy Aretoviç (Rusiyadakı terrorçular və ekstremistlər siyahısına daxildir –A.B.) öz Telegram kanalında yazıb....Zelenskinin problemi ondadır ki, o, hər şeyi pis edir – o, necə mübarizə aparacağını bilmir və barışmaqda acizdir. Nə öhdəsinə götürürsə, dağıdır, israf edir. O, ölkəyə rəhbərlik etmir, onu qurudur. Buna görə də onu çıxarmaq lazımdır.
Bu, Aleksiy Aretoviçin fikirləridir.
Arestoviç əlavə edib ki, Zelenskini “Putinə təslim olmaq” naminə yox, Ukraynanın ümumiyyətlə gələcəyinə görə uzaqlaşdırmaq lazımdır.
...Sual artıq onunla bağlı deyil. Məsələ Ukraynanın sağ qalıb-qalmamasıdır, - deyə o vurğulayıb.
...Qeyd edək ki, Zelenski daha əvvəl “əvəz etməyin çətin olacağını” bildirərək, hazırkı şəraitdə istefa vermək niyyətində olmadığını açıq şəkildə bildirmişdi.
Əli Babayev