AZ

ABŞ Qəzzada irəliləyişə yaxın həftələrdə nail ola bilər

Yaxın həftələrdə İsrail və Fələstinin Həmas hərəkatı arasında münaqişənin həllində və girovların azad edilməsində ciddi irəliləyiş əldə oluna bilər.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidentinin girovların işi üzrə xüsusi nümayəndəsi Adam Beyler CNN-ə deyib.
 "Düşünürəm ki, həftələr ərzində nəsə baş verə bilər. Düşünürəm ki, razılaşma əldə etmək üçün kifayət qədər dəlil var. Məncə, təkcə amerikalıları deyil, hamını azad edəcək bir razılaşma ola bilər", - o, qeyd edib.

Beyler HƏMAS nümayəndələri ilə danışıqlarını faydalı adlandırıb.
 "Mən HƏMAS-dan onların son məqsədinin nə olduğunu bilmək istədim. Biz bunu bilənə qədər atəşkəsə nail olmaq və ya zorakılığa son qoymaq çox çətindir. Düşünürəm ki, bu, çox faydalı görüş oldu".

Seçilən
6
ucnoqta.az

1Mənbələr