"Akron"un hücumçusu Artyom Dzyuba mütləq rekordçuya çevrilib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı forvard
unikal nəticəyə Rusiya Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün "Krılya Sovetov"a qarşı keçirdikləri səfər matçında hesabı açmaqla imza atıb.
Peşəkar karyerası ərzində vurduğu qolların sayını 234-ə çatdıran Dzyuba sabiq hücumçu Aleksandr Kerjakovu geridə qoyaraq elita klublarında və millidə rəqib qapılarına ən çox yol tapan rusiyalı olub. Təcrübəli futbolçu bu qollardan 108-ni "Zenit"də, 38-ni Moskva "Spartak"ında, 30-nu millidə, 20-ni "Rostov"da, 14-nü "Tom"da, 12-ni "Lokomotiv"də, 6-nı Tula "Arsenal"ında, 5-ni "Akron"da, 1-ni isə "Adana Demirspor"da vurub.
Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan "Krılya Sovetov" - "Akron" matçında hesab 0:1-dir.
Nihat