Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib.
32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.
Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.
Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev C.Qeydjiyə məğlub olmuşdu.