"Oyunun əvvəlini uğursuz keçirdik, çox top itkiləri etdik. Sonradan bir qədər toparlanmağı bacardıq”.
İdman.biz xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə oyundan (90:76) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, daha sonra da top itkiləri onları geri salıb: “Bu, məğlubiyyətimizin əsas səbəbi oldu. Yeni oyunçumuz Terri Kollins bizimlə cəmi bir məşq keçdi. Dərhal oyuna qoşulmaq çox çətindir. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə daha çox kömək edəcək".
İdman.biz