Nazirlər Kabinetinin gündəmində Türkiyənin Suriyadakı gərginliyi azaltmaq üçün yeni administrasiyaya verə biləcəyi dəstək məsələsi də yer alacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da Nazirlər Kabineti ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı Ankaranın təşəbbüslərini müzakirə etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Xüsusilə, Nazirlər Kabinetinin gündəmində Türkiyənin Suriyadakı gərginliyi azaltmaq üçün yeni administrasiyaya verə biləcəyi dəstək məsələsi də yer alacaq.
“Gözlənilir ki, Türkiyənin Qəzza zolağının bərpası və Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olması ilə bağlı təşəbbüsləri də nəzərdən keçiriləcək”, - məlumatda qeyd olunur.