AZ

“Gəncə”nin baş məşqçisi: “Ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq”

“Komandama qələbəyə görə təşəkkür edirəm".

Apasport.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı “Lənkəran”la keçirdikləri oyundan (90:76) sonra açıqlamasında deyib.

Mütəxəssis rəqibi mübarizəsinə görə təbrik edərək bildirib ki, "Lənkəran" pis komanda deyil, amma mövsüm boyu şanssızlıqlar yaşayıblar, gedən və gələn oyunçuları olub: “Amma buna baxmayaraq mübarizədən çəkilmədilər. Öz komandama da qələbəyə görə təşəkkür edirəm. Sıx qrafiklə oynadığımızdan meydanda rotasiya ilə çıxış edirik. Hamını formada saxlamaq istəyirik”.

Türkiyəli baş məşqçi qarşıdakı "Sərhədçi" ilə kubok oyunu barədə də danışıb: “Qısa vaxtda hazırlığımızı tamamlayıb bu turnirdə ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq. Qalib gəlmək istəyirik. Azarkeşlərə də minnətdarıq, bizi tək qoymadılar".

“Sabah”ın üzvü əməliyyat olunacaq

“Neftçi” məğlub oldu

Kubok oyunlarının başlama saatı bəlli olub

"Sabah" "Neftçi"ni məğlub etdi

Evren Alkaya: “Turu keçməyə çalışacağıq”

Seçilən
0
1
apasport.az

2Mənbələr