1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın keçid hökumətinin təhlükəsizlik orqanlarının ən azı 231 əməkdaşı ölkənin qərbində respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə silahlı toqquşmalarda həlak olub.
Bu barədə Oxu.Az "Al Jazeera" telekanalına istinadla xəbər verir.
Dəməşqdə yeni hökumətə tabe olan güc strukturlarındakı mənbə bildirib: "Suriyanın sahilboyu ərazilərində əməliyyatlar zamanı Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin hərbi qulluqçularından 231 nəfər həlak olub".