AZ

Şəraa ölkəsində baş verənləri gözlənilən çətinliklər adlandırıb

Bakı, TurkicWorld

Suriya Prezidenti Əhməd əl-Şəraa Dəməşqin Məzə bölgəsində yerləşən Əkrəm məscidində çəkilən videomüraciətində, milli birliyə və ictimai asayişin qorunmasına çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Şəraa ölkədə baş verən hadisələrin gözlənilən çətinliklər olduğunu bildirib.

O, bu açıqlamanı, hökumət qüvvələri ilə keçmiş rejim tərəfdarları arasında dənizkənarı bölgələrdə davam edən toqquşmalar fonunda verib.

Şəraa, suriyalılara narahat olmamağı tövsiyə edərək, ölkənin mövcud vəziyyətdə yaşamağa və birgə həyatı davam etdirməyə çağırıb.

Qeyd edək ki, dünən Suriya höküməti ölkənin qərbində yerləşən sahil bölgəsində təhlükəsizlik qüvvələrinin sayını artırdığını və qarşıdurmaların baş verdiyi ərazilərdə tam nəzarət təmin etdiyini elan edib.

Müxtəlif mənbələrin məlumatına görə, Suriya təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında baş verən toqquşmalarda 700-dən çox insan ölüb.

Dünən döyüşlərin intensivliyi azalsa da, Baniyas, Latakiya və Cəbələ şəhərlərində təhlükəsizlik qüvvələrinin iştirakı gücləndirilir və bölgədə sabitliyin təmin edilməsi üçün tədbirlər görülür.

Seçilən
8
turkic.world

1Mənbələr