AZ

“Qarabağ”da nə nizam qalıb, nə intizam - AVAR(a) yığını

«Qələbənin fərqi yoxdur» deyirlər bəzən…

Bu, bəzəndir, həmişə deyil.

«Qaliblər heç vaxt mühakim olunmaz» deyirlər bəzən.

Bu da bəzəndir, həmişə deyil.

«Qarabağ» Premyer Liqanın 26-ci hesabat həftəsini 3 xalla tamamladı. Nəticə baxımından ciddi bir sıxıntılar yoxdur, işlər qaydasında gedir.

Qaydasında getməyən nizam-intizamla bağlı məsələlərdir. Bu, artıq sıradan bir məsələ olmaqdan çıxıb. Ciddi problemə dönüb.

Keçən illərlə müqayisə aparsaq, «Qarabağ»ın futbolçularının hərəkətlərində başıpozuqluq meyllərinin artmasını görərik. Sarı və qırmızı vərəqələrin sayı kifayət qədər çoxalıb.

Var oyun epizoduna görə hakimi əlini cibinə atmaq məcburiyyətində buraxmaq, var idmançıya yaraşmayan hərəkətlərə yol vermək.

«Qarabağ»da ikinci istiqamət üzrə mənfi tendensiya yaranıb. Qurban Qurbanov təcili, özü də sərt əncam çəkməlidir buna.

Təcilii e, çox təcili!

Kefin Medinanın derbidə «Neftçi»nin hücumçusu Ağadadaş Salyanskini az qala şiksət edəcək kobudluğu dünən «Araz-Naxçıvan»la qarşılaşmada yaşanan hadislərin kölgəsində qalır.

Kamal Umudlu bu matçda ədalət tərəzisinin gözünü bərabər tutmadı, onu bir tərəfə doğru əydi.

Felipe Santosa qırmızı vərəqə göstərmişdisə, braziliyalı vingerə şapalaq ilişdirən Marko Veşiviçə, onun boğazından yapışıb itələyən Elvin Cəfərquliyevə də eyni rəngdə kartla «tanış» etməli idi.

Bu vaxt hesab 2:1 «Qarabağ»ın xeyrinə idi və bilməz olmazdu ki, «Araz» say üstünlüyü əldə edəndən sonra oyunun gedişatını necə dəyişəcəkdi.

VAR otağında əyləşən Əliyar Ağayevin, AVAR-a baxan Zeynal Zeynalovun epizoda qarışmaması, baş hakimə siqnal ötürməməsi də anlaşılmazdır.

Belə anlarda da onlar hadisəni incələməyəcəksə, yaxud incələyib də birtərəfli qərarın verilməsinə göz yumacaqlarsa, daha mənim sözüm yoxdur.

Belə VAR və AVAR hakimlərini görüncə, Samir Abasova haqq qazandırmaq istəyirəm.

Doğrudan da, bu VAR-ı rədd eləmək lazımdır.

Bu, VAR deyil axı, AVAR(a) yığınıdır.

MUSA

Seçilən
5
sportinfo.az

1Mənbələr