İsrailin energetika naziri Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dayandırılması barədə göstəriş verib.
İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə göstəriş verib. Bu barədə RİA Novosti sərəncama istinadla xəbər verir.
“Mən indicə Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması haqqında sərəncam imzaladım”. "Biz bütün girovları azad etmək və HƏMAS-ın müharibədən sonrakı gün Qəzzada qalmamasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik", - nazir videomüraciətində deyib.
Martın 2-də İsrail qüvvələri (IDF) Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olub və bütün keçid məntəqələrini bağlayıb. Kan TV-nin məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlıdır.
Martın 3-də Kan bildirib ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini uzatmasa və bütün girovları azad etməsə, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək.