AZ

Ukraynalı sabiq futbolçu cəbhədə həlak olub

Ukraynanın “Desna” və “Çerkassı” klublarının sabiq futbolçusu Aleksey Şubin cəbhədə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Aleksey Şubin 18 noyabr 2024-cü ildə Xarkov vilayətinin Liptsi kəndi yaxınlığında döyüş tapşırığı zamanı həlak olsa da, onun ölümü indi məlum olub.

Qeyd edək ki, 49 yaşlı idmançı Ukrayna Milli Qvardiyasında baş kəşfiyyat çavuşu olub.

Seçilən
13
4
qafqazinfo.az

5Mənbələr