İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılmasını əmr edib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti sərəncama istinadla xəbər verir.
“Mən indicə Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə sərəncam imzaladım. Biz bütün girovları azad etmək və HƏMAS-ın müharibədən bir gün sonra Qəzzada qalmamasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, - nazir videomüraciətində bildirib.
Martın 2-də İsrail əsgərləri ( İDF ) Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb. "Kan" telekanalının məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlıdır.