Xərçəngdən əziyyət çəkən məşhur türkiyəli müğənni İlhan Şeşenin vəziyyəti kritikdir.
Yenisabah.az xəbər verir ki, bu barədə onun qohumu Burhan Şeşen məlumat yayıb:
"Səhhəti ilə bağlı vəziyyət ciddi olaraq qalır. Hazırda evdən yalnız xəstəxanaya müalicə almaq üçün çıxır. Həkimlər onun vəziyyətinin artıq kritik həddə çatdığını bildirir".
Qeyd edək ki, İlhan daha əvvəl xərçəngdən müalicə alaraq sağalıb. /Axşam.az
Telegram kanalımız