Bu gün Misli Premyer Liqasının 26-cı turunda daha iki görüş keçirilib. 

Offsideplus.az xəbər verir ki, saat 17:30-da "Zirə" sonuncu yerdə qərarlaşan "Səbail"i sınağa çəkib. Matç Zirə İdman Kompleksinin stadionununda baş tutub və görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu mövsüm tərəflər arasında keçirilən iki görüşdə də Zirə təmsilçisi qalib gəlib.

17:30 “Zirə” – “Səbail” 1:0 

Qol: Ruan Renato, 90+7

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Zirə İdman Kompleksinin stadionu