Bakı, TurkicWorld
Fransa, Almaniya və Böyük Britaniyada keçirilən bir sorğuya görə, bu ölkələrin vətəndaşlarının əhəmiyyətli bir hissəsi ABŞ Prezidenti Donald Trampı diktator kimi görür.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Distant Common (Ortaq Tale) araşdırma mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.
Belə ki, Fransızların və almanların 59 faizi, britaniyalıların isə 56 faizi onu diktator hesab edir.
Fransalı respondentlərin 35 faizi, fevralın sonunda Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonda keçirdiyi gərgin görüşdən sonra Zelenskini daha çox dəstəklədiklərini bildirib. Bunun əksini düşünənlər isə cəmi 9 faizdir.
Bundan əlavə, yalnız fransızların dörddə biri ABŞ-ı hələ də öz müttəfiqi hesab etdiyini bildirib. Respondentlərin 57 faizi ABŞ-la münasibətləri müəyyən etməkdə çətinlik çəkdiyini və alyansın zəifləməsi ehtimalına ehtiyatla yanaşdıqlarını qeyd edib.
Sorğu iştirakçılarının böyük hissəsi Ukraynaya dəstəyin davam etdirilməsini istəyir, hətta ABŞ bu dəstəyi geri çəksə belə.
Qeyd edək ki, sorğu Fransa, Polşa, Almaniya və Böyük Britaniyada onlayn şəkildə aparılıb. Hər bir ölkədə 1000-dən çox insan iştirak edib. Nəticələr cins, yaş, peşə, təhsil səviyyəsi və bölgələrə uyğun şəkildə müəyyən edilib.