AZ

“Zirə” son dəqiqə qolu ilə sevindi

“Zirə” Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Səbail”lə qarşılaşıb.

Msport.az xəbər verir ki, baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb – 1:0. Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv matçın 73-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. “Dənizçilər”in futbolçusu Suleyman Alluş rəqibin künc zərbəsindən öncə Ayron Qomisin çənəsinə kəllə vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra “Zirə” xalını 51-ə çatdıraraq, 2-ci pillədə möhkəmlənib. “Səbail” isə 18 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” isə evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Martın 10-da “Sumqayıt” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.

Seçilən
20
1
msport.az

2Mənbələr