AZ

İspaniya La Liqası: "Atletiko Madrid" liderlik şansını əldən verdi

İspaniya La Liqasının 27-ci turunda "Xetafe" "Atletiko Madrid"lə qarşılaşıb.

hakimiyyet.az xəbər verir ki, oyun "Xetafe"nin əzmli qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçın ilk qolu 75-ci dəqiqədə vurulub. "Atletiko"nun norveçli hücumçusu Aleksandr Sörlot penalti zərbəsini qola çevirib. 88-ci dəqiqədə "Atletiko"nun hücumçusu Anxel Korrea kobud qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Bundan sonra "Xetafe" dörd dəqiqə ərzində iki qol vuraraq üç xal qazanıb

Bu məğlubiyyətlə liderlik şansını əldəmn verən "Atletiko" turnir cədvəlində 56 xalla ikincidir. "Xetafe" 33 xalla 11-ci yerdədir.

Seçilən
5
1
hakimiyyet.az

2Mənbələr