AZ

Rubionun Səudiyyə Ərəbistanına səfər edəcəyini təsdiqlənib

ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək və burada münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna nümayəndə heyəti ilə görüşəcək.

“Report”un xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.

“Rubio Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə də görüşərək regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək”, - diplomat qeyd edib.

Temmi Bryus əlavə edib ki, Rubio martın 12-14-də Kanadada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. ABŞ dövlət katibi, “Yaxın Şərq və Avropadakı münaqişələri, Afrika və Hind-Sakit okean regionunda əməkdaşlıq, eləcə də Qərb yarımkürəsində sabitliyi müzakirə etmək niyyətindədir.

Seçilən
4
5
report.az

6Mənbələr