AZ

"Zenit"i "Qalatasaray"a dəyişə bilər

"Qalatasaray" yarmmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu “Zenit”in yarımmüdafiəçisi Vilmar Barriosla yaxından maraqlanır.

31 yaşlı futbolçu özü Türkiyəyə yollanmağa müsbət yanaşır. Kolumbiya millisinin üzvü konkret cavabını yayda bildirəcək. 

"Deportes Tolima", “Boka Xuniors”da oynamış Barrios 2019-cu ildə Sankt-Peterburq klubuna keçib.

Onun Rusiya təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Barriosun transfer dəyəri 10 milyon avrodur.

 

saytlarin hazirlanmasi

Seçilən
2
sportal.az

1Mənbələr