Bakı, TurkicWorld
Böyük Britaniya kəşfiyyat məlumatlarını Ukraynaya ötürmək üçün yeni alyans qurmağı nəzərdən keçirir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Böyük Britaniya ABŞ-ın iştirakı olmadan "Dörd Göz" alyansı yaratmağı təklif edir.
Böyük Britaniya Müdafiə Nazirliyinin bəzi rəsmiləri ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini qadağan etməsindən yan keçmək üçün bu yeni alyansın yaradılmasını təklif edirlər.
Mənbələrə görə, bu addım Böyük Britaniyanın "Beş Göz" (ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın daxil olduğu kəşfiyyat alyansı) çərçivəsindən çıxmasını nəzərdə tutmur, əksinə, alyans daxilində ABŞ-ın iştirak etmədiyi "Dörd Göz" adlı ayrıca bir strukturun yaradılmasını hədəfləyir.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Trampın qərarı ilə ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılması dayandırılmışdı.