FIFA prezidenti Canni İnfantino ev sahibi ABŞ-ın 2026-cı il dünya çempionatını qazana biləcəyini ölkə prezidenti Donald Trampa bildirib.
Arena.az “beIN Sports” dərgisinə istinadən, İnfantinonun bu barədə dialoqunu təqdim edir:
– 2026-cı il dünya çempionatının favoriti hansı komandadır?
– Argentina, Braziliya, İngiltərə, Almaniya, İspaniya.
– ABŞ qalib gələ bilərmi?
– Amerika Birləşmiş Ştatları azarkeşlərinin dəstəyi ilə qalib gələ bilər. Onların oyunçuları dünyanın ən yaxşı komandalarının bəzilərində oynayırlar.
– Demək, buna imkan var?
– Qeydsiz-şərtsiz, imkan var.
Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-na qədər Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada keçirilcək.