Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" növbəti qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, yeni baş məşqçi Tuncay Şanlının rəhbərliyi ilə ilk matçına çıxan komanda Türkiyə 1-ci liqasının 29-cu turu çərçivəsində səfərdə liderlər qrupunda yer alan "Gençlerbirliği"nə qalib gəlib - 2:1.
Oyunu əvəz olunmadan keçirən Diniyev 38-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, xalını 42-yə yüksəldən "Çorum" hazırda 8-ci pillədə qərarlaşıb.
İdman.biz