AZ

61 yaşlı kişi spirtli içkidən öldü

Gəncə sakini qəfildən dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü A.Novruzov spirtli içkinin təsirindən ölüb.

Mərhum ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

"Cebheinfo.az"

Seçilən
36
28
cebheinfo.az

10Mənbələr