AZ

Premyer Liqa: “Zirə” “Səbail”i son dəqiqə qolu ilə məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” autsayder “Səbail”lə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutmuş görüşün baş hakimi Tural Qurbanov olub. Ardıcıl üç oyundur qələbə qazanan, bu oyundan öncə 48 xalla ikinci olan “Zirə” uğurlu seriyasını davam etdirmək istəyirdi. Beş oyundur (kubok matçlarını da nəzərə alsaq, yeddi oyun) qələbə üzünə həsrət qalmış, 18 xalla sonuncu pillədə qərarlaşmış “Səbail” isə Zirədə uğursuz gedişata son qoymaq arzusundaydı.

Bu, “Zirə” ilə “Səbail”in yubiley – 30-cu çempionat görüşü olub. Əvvəlki 29 oyunda zirəlilər 19 qələbəyə sevinmişdilər, 4 oyun “Səbail”in xeyrinə yekunlaşmışdı. 6 qarşılaşmada isə qalib müəyyənləşməmişdi. “Səbail” son 7 oyunda qələbə qazanmamışdı. “Zirə” son 3 matda qalib gəlmişdi.

Seriya bu oyunda da davam edib. Halbuki, matçın son dəqiqələrinə kimi tərəflər qol sükutunu poza bilməyiblər. “Zirə” 73-cü dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparan rəqibini yalnız son saniyələrdə vurduğu yeganə qol sayəsində məğlub edə bilib.

Premyer Liqa
26-cı tur
9 mart

“Zirə” – “Səbail” 1:0
Qol: Ruan Renato, 90+6.
Qırmızı vərəqə: Suleyman Alluş, 73.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali.
Baş məşqçi: Cavid Hüseynov.

Seçilən
16
arena.az

1Mənbələr