AZ

Tramp Britaniya kralının Zelenski ilə görüşündən narazılığını bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniya kralı III Çarlzın Norfolkdakı Sandrinqem sarayında Ukrayna lideri Volodimir Zelenskini qəbul etməsindən sonra ABŞ Prezidenti Donald Trampın Britaniyaya qarşı münasibəti soyuqlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidentinin həmkarları Britaniya rəsmilərinə bildiriblər ki, Tramp III Çarlzın Zelenski ilə görüşündən narazıdır. Buna cavab olaraq rəsmilər krala Ukrayna lideri ilə görüşməmək üçün əmr verə bilməyəcəklərini bildiriblər.
Xatırladaq ki, daha əvvəl, fevralın sonunda Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona gələrək Trampa kraldan xüsusi məktubu - Böyük Britaniyaya dövlət səfəri dəvətini təqdim edib və prezident bunu qəbul edib. Zelenski martın 3-də Böyük Britaniya kralı ilə görüşüb.
Seçilən
112
1
oxu.az

10Mənbələr