AZ

“Zirə” - “Səbail” 1:0 - Video

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” – “Səbail” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
26-cı tur
9 mart

“Zirə” – “Səbail” 1:0
Qol: Ruan Renato, 90+5.
Sarı vərəqə: Hüseynəl Quliyev, 90+1 (oyunun bərpasının ləngidilməsi).
Qırmızı vərəqə: Suleyman Alluş, 74 (təcavüzkar davranış).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 17:30. Zirə İdman Kompleksinin stadionu, 700 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (18. Martins Junior, 77), 11. Rüstəm Əhmədzadə (90. Davit Volkov, 66), 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla (7. Məqsəd İsayev, 66), 23. Rafael Utziq, 3. Ange Mutsinzi (14. Elçin Əlicanov, 77), 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov (83. Nihad Quliyev, 90+2), 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (18. Süleyman Əhmədov, 81), 3. Dmitri Litvin, 99. İnnosent Nşuti (10. David Qomis, 68), 4. Marko Nikoliç, 7. Madi Keta (22. Mirabdulla Abbasov, 81), 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 77. Fərid Nəbiyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali.
Baş məşqçi: Cavid Hüseynov.

Seçilən
16
arena.az

1Mənbələr