Misli Premyer Liqasının XXVI turunun daha bir matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, "Zirə" "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
90+6-cı dəqiqədə Ruan Renato "Zirə"nin qələbə qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.
Telegram kanalımız