AZ

“Zirə” son dəqiqə qolu ilə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” doğma meydanda “Səbail”i qəbul edib.

Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “Səbail” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.

Seçilən
33
6
qafqazinfo.az

9Mənbələr