AZ

""Starlink" olmasaydı ruslar indi Polşa ilə sərhəddə olardılar" – ABŞ dövlət katibi


“ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən ayırmaq niyyətində deyil, bunsuz Kiyev münaqişəni uduzardı”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində məlumat verib.
O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rəqəmsallaşdırma Nazirliyinin “Ukrayna üçün "Starlink"ə ildə təxminən 50 milyon dollar ödədiyini” iddia edən bəyanatını şərh edib: "Siz sadəcə uydurursunuz. Heç kim Ukraynanı "Starlink"dən ayırmaqla hədələməyib. Siz minnətdar olmalısınız, çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar", - ABŞ dövlət katibi vurğulayıb.
Seçilən
13
1
yeniavaz.com

10Mənbələr