AZ

Tokayev İtaliya prezidenti ilə görüşüb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev italiyalı həmkarı Sercio Mattarella ilə görüşüb.

İki sahil” xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İtaliya nümayəndə heyətini salamlayan Tokayev bugünkü görüşün qarşılıqlı maraq doğuran ikitərəfli münasibətlərin mühüm aspektlərinin müzakirəsi üçün əla fürsət olduğunu qeyd edib.

“Sizin qonaqpərvərliyiniz və məhsuldar danışıqlar üçün hər cür şərait yaratmaq istəyiniz sayəsində son dərəcə uğurlu olmuş İtaliyaya səfərimlə bağlı xoş xatirələrim qalıb. İki ölkə arasında müxtəlif sahələrdə çox sıx əməkdaşlıq qurulub. Bizim bazarda bir çox italyan şirkətləri fəaliyyət göstərir. Sürətli artım var. Mədəni-humanitar əlaqələr də dinamik inkişaf edir. Ona görə də hesab edirəm ki, ölkələrimiz arasında çox güclü əlaqələr qurulub”, - Tokayev vurğulayıb.

Öz növbəsində İtaliya Prezidenti görüşə görə səmimi minnətdarlığını bildirib və bunu iki ölkə arasında həqiqi dostluğun sübutu kimi qəbul edib.

Mattarella ikitərəfli münasibətlərin vəziyyətini yüksək qiymətləndirib və Qazaxıstan və İtaliya arasında strateji tərəfdaşlığın genişləndirilməsi üçün mühüm potensialın olduğunu qeyd edib.

"Bizim bütün sahələrdə - siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə həqiqətən əla əlaqələrimiz var", - deyə İtaliya Prezidenti əlavə edib.

Söhbət zamanı dövlət başçıları ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
25
ikisahil.az

1Mənbələr