Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
Tribunainfo.az xəbər verir ki, “Zirə” doğma meydanda “Səbail”i qəbul edib.Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.
Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “Səbail” isə 18 xalla sonuncu – 10-cu yerdə qərarlaşıblar.