2009-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Pünar Asif Oğlu Nəsurullayevi bıçaqlayan şəxsin kimliyi məlum olub.
Sfera.az oxu.az-a istinadla xəbər verir ki, yeniyetmə 2003-cü il təvəllüdlü Nihat Həsənzadə tərəfindən münaqişə zəminində bıçaqlanıb.
N.Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Onu da qeyd edək ki, Pünar Nəsrullayev Mingəçevir Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.