AZ

Tramp: “Zelenski uşağın əlindən konfetini alırmış kimi, ABŞ-dan 350 milyard qopardı” - VİDEO

ABŞ prezidenti Donald Tramp yenidən Ukraynaya ayrılan hərbi yardımla bağlı sərt fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, "Fox News"a müsahibəsində Tramp ABŞ-ın Ukraynaya 350 milyard dollar yardım etdiyini və bunun Zelenskinin uşağın əlindən konfetini almasına bənzədiyini bildirib.

Trampın fikrincə, Zelenski ABŞ-ın dəstəyinə layiqincə təşəkkür etmir və əksinə, Vaşinqtondan daha çox pul qoparmağa çalışır. O, həmçinin prezidentliyi dövründə Ukraynaya Javelin tank əleyhinə raketlərinin göndərildiyini xatırladıb.

Respublikaçı lider yenidən vurğulayıb ki, 2021-2025-ci illərdə Ağ Evdə olsaydı, Rusiya heç vaxt Ukraynaya, eləcə də 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum etməzdi.



Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr