AZ

"Şamaxı" və "Zirə"yə bir qol bəs etdi

Misli Premyer Liqasında XXVI turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Bu görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib.

"Şamaxı"nın qələbə qolunu otuzuncu dəqiqədə Edqar Adilxanov vurub.

"Zirə" də evdə "Səbail"i qəbul edib. Bu görüşdə də qələbəyə sevinən tərəf meydan sahibləri olub.

Bu görüşlərdən sonra "Şamaxı" 27 xalla yeddinci, "Sabah" 34 xalla beşinci, xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci, "Səbail" 18 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.

Seçilən
5
90deqiqe.az

1Mənbələr