AZ

Pemyer Liqaya iddialı klub söz-söhbətlərə son qoydu 

Azərbaycan I Liqası təmsilçisi “İmişli” klubu sosial şəbəkə səhifəsi üzərindən bəyanat yayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub son günlərdə “İmişli” barədə çıxan söz-söhbətlərə münasibət bildirib:

“Hörmətli ictimaiyyət və dəyərli İmişli PFK azarkeşləri!

Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada İmişli PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə Mingəçevir FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə İmişlinin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir.

Dəyərli ictimaiyyət!
Əziz azarkeşlərimiz!

Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. İmişli PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaqdır. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız iki klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik.

Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir.

İmişli Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025-26-cı ildən etibarən Misli Premyer Liqasında ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaqdır. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq.

Biz birlikdə güclüyük!”.

Seçilən
16
idmanxeber.az

1Mənbələr