AZ

İkinci Qarabağ müharibəsində əsas buna görə uduzduq – Martirosyan

“Suriya “soyqırımı” fonunda erməni sferasında ən çox görülən çağırış silahlanmaq, silahlanmaq yenə də silahlandırmaqdır”.

Bu fikirləri erməni biznesmen Vahram Martirosyan deyib.

O qeyd edib ki, əgər təşkilatlanma yoxdursa, pulemyotlar işə yaramayacaq:

“Bizim problemimiz SEZAR və Kalaşnikovlarda deyil, aşağı səviyyəli təşkilatçılıqdadır. Biz Birinci Qarabağ müharibəsində hamımızın pulemyotla silahlanmasına görə deyil, daha mütəşəkkil olduğumuza görə qalib gəldik.İkinci Qarabağ müharibəsində isə təşkilatçılıq baxımından Azərbaycandan geri qaldığımız üçün uduzduq.

Ermənistanın 2025-ci il ordusu nizam-intizam və ahəngdarlıq baxımından 2020-ci il ordusundan xeyli geridədir. Azərbaycanın 2025-ci il ordusu isə 2020-ci illə müqayisədə atəş gücü, dəqiqlik və operativ idarəetmə baxımından dəfələrlə güclüdür.

Xaos şəraitində silahlar heç bir rol oynamır. Səhər yuxudan durub İrəvanın mərkəzində Azərbaycanın reklam lövhələrini görəcəyik”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Seçilən
7
globalinfo.az

1Mənbələr