AZ

Məşhur aktrisanın intiharının səbəbi AÇIQLANDI

"Baywatch" serialındakı rolu ilə tanınan aktrisa Pamela Baxın intiharının səbəbi məlum olub.

Publika.az xəbər verir ki,bu barədə "The Voice" aktrisanın nümayəndəsi Terri Ahernə istinadla məlumat yayıb.

Bildirilib ki, Pamela Bax uzun müddətdir ki, avtomobil qəzasında aldığı ağır boyun və bel xəsarətlərinin nəticələrindən əziyyət çəkirdi.

Ahern deyib ki, qəza 2003-cü ildə Pamela Bax və onun o vaxtkı əri David Hasselhoff motosiklet sürərkən baş verib. Hasselhoff idarəetməni itirib və motosiklet bordürə çırpılıb. Pamela Bax ciddi xəsarət alıb və həkimlərin proqnozu acınacaqlı olub.

Terri Ahern aktrisanı kədərlə xatırlayaraq, onun intihar edəcəyini gözləyən sonuncu adam olduğunu qeyd edib. O, Pamelanın mehriban, rəğbətli və hər zaman kömək etməyə hazır olduğunu vurğulayıb.

Seçilən
20
1
publika.az

2Mənbələr