Castin Qetjinin UFC 313 turniri şərçivəsində həmyerlimiz Rafael Fiziyevə qalib gəldiyi döyüş "gecənin ən yaxşısı" seçilib.
İdman.biz xəbər verir ki, amerikalı UFC karyerasında doqquzuncu dəfə döyüşü ən yaxşı hesab olunduğuna görə bonus qazanıb.
Bu göstəriciyə görə o, hərəyə səkkiz dəfə bonus qazanmış Neyt Diaz, Frenki Edqar və Kab Svonsonu qabaqlayıb.
Qetji yalnız hərəyə 10 bonusa malik Dastin Porye və Edson Barbozadan geri qalır.
Yüngül çəkidə çempionluğa keçmiş namizəd UFC-də ümumilikdə 14 bonus qazanıb - 9-nu "Gecənin döyüşü"nə, 5-ni isə "Gecənin performansına" görə.
Qetji bu göstəriciyə görə Anderson Silva ilə birlikdə tarixdə yeddinci yeri tutur. Çarlz Oliveyra isə 20 bonusla liderdir.
İdman.biz