AZ

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, sonuncu matçda "Sumqayıt" "Ordu"nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 122:116.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "gənclik şəhəri" təmsilçisi dördüncü pillədə qərarlaşıb. "Hərbçilər" 28 xalla üçüncü sıradadır.

Günün ilk matçında "Gəncə" "Lənkəran"dan üstün olub - 90:76.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.

Seçilən
7
7
ikisahil.az

8Mənbələr