AZ

Mən kluba pul buraxmazdım - Belə şeyləri görəndən sonra

Bir ara çox söz-söhbətlər dolaşırdı «Araz-Naxçıvan» - hakim(lər) münasibətləri haqda.

Bunu hamımız eşitdik, oxuduq zaman-zaman.

İndi o danışan dillər susub. Heç cınqırları da çıxmır.

Hakimlərlə işbirliyinə getmək tək bir baş məşqçinin başı üçün deyil. Elmar Baxşıyevə bəzi hakimlərin simpatiyası var.

Gizlətməyə dəyməz. Sadəcə, onlar 1-2 nəfərdir. Çoxluq isə «Araz-Naxçıvan»la düz gəlmir.

Kamal Umudlunu da çox düşünmədən bu siyahıya əlavə edərdim. Onun «Qarabağ»la matçdakı idarəçiliyini qiymətləndirəsi olsam, mən «5» baldan yuxarı rəqəm verməzdim.

Çox istərdim öyrənim görüm, oyunun hakim-inspektoru ona nə qiymət yazıb. Bu, bəndənizə hədsiz maraqlı gəlir.

Kamal Umudlu liderlərin duelində adına və oyunun statusuna yaraşan hakimlik etmədi.

80-ci dəqiqədən sonra meydanı dava-dalaş yerinə çevirən futbolçulara eyni münasibəti nümayiş etdirmədi.

«Araz-Naxçıvan» hələ bundan sonra iddiasını yerə qoymasın?

Zaur Axundovun necə bir insan olduğunu hər birimiz bilirik, çılğın və emossionaldır.

Mən bu olayın üstündən futbola pul buraxmağa davam eləməzdim şəxsən.

Hakimlər komandasının başından vura-vura gözünü çıxardırlar onun.

ELNUR

Seçilən
22
sportinfo.az

1Mənbələr