AZ

ABŞ Çin malları üçün idxal rüsumlarını ARTIRDI  

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artıraraq 10%-dən 20%-ə çatdırmaq qərarına gəlib.

Parol.az xəbər verir ki, Trampın imzaladığı fərmanının mətnində bu addımın Çin hökumətinin ABŞ-a fentanil tədarükünü məhdudlaşdırmaq üçün atıldığı bildirilir.

"Mən belə nəticəyə gəlirəm ki, Çin qanunsuz narkotik böhranını yumşaltmaq üçün adekvat addımlar atmayıb və 14195 saylı İcra Sərəncamında təsvir olunan böhran həll olunmayıb", - sənəddə qeyd edilir.

Seçilən
0
1
parol.az

2Mənbələr