AZ

Sabah qeyri-iş günüdür?


Martın 8-i - Beynəlxalq Qadınlar Günü, həftənin şənbə gününə təsadüf etdiyi üçün 10 mart qeyri-iş günü olmalı idi. Lakin Nazirlər Kabinetinin qərarı ilə 10 mart 2025-ci il iş günü olaraq müəyyən edilib.

News24.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günlərini 10 mart və 1 aprel qeyri-iş günləri ilə dəyişdirib.

Bu dəyişikliklərə əsasən, 2025-ci ilin mart ayında 20-31 tarixləri arasında ölkədə ardıcıl qeyri-iş günləri olacaq.


Seçilən
61
47
news24.az

10Mənbələr