AZ

Paytaxt klubu futbolçusuna 12 oyunluq cəza verilə bilər - hakimi təhqir etdiyinə görə

"Atletiko"nun hücumçusu Anxel Korrea bu gün La Liqanın 27-ci turunda "Xetafe"yə qarşı keçirilən oyunun 88-ci dəqiqəsində rəqibə qarşı sərt oynadığı üçün qırmızı vərəqə alıb.

Sportal.az xəbər verir ki, 2:1 hesabı ilə "Atletiko"nun məğlub olduğu matçda oyundan qovulduqdan sonra Korrea hakim Kuadra Fernandesə təhqiredici ifadələr işlədib. Hakim isə bu sözləri protokola daxil edib.

İspaniya Futbol Federasiyasının Ümumi Reqlamentinin 94-cü maddəsinə əsasən, "hakimi, onun köməkçilərini, dördüncü hakimi, direktorları və ya idman qurumlarını təhqir etmək, hücum etmək və ya onlara qarşı kobud ifadələr işlətmək, əgər daha ağır qayda pozuntusu qeydə alınmayıbsa, 4-dən 12 oyunadək diskvalifikasiya ilə cəzalandırılır."

Qeyd edək ki, ən minimal cəza verildiyi halda belə, Korrea həm La Liqada, həm də İspaniya Kubokunda "Barselona"ya qarşı iki oyunu buraxa bilər.

saytlarin hazirlanmasi

Seçilən
11
1
sportal.az

2Mənbələr