AZ

Cüdo: Yeniyetmələrdən ibarət millimiz Antalyada 7-ci oldu

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə arasında Avropa Kubokuna bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxmış Səid Qurbanlı isə bürünc medala yiyələnib.

Xatırladaq ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdılar.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vurmuş Azərbaycan millisi ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

Seçilən
10
2
arena.az

8Mənbələr