AZ

İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb

İranın Çabahar limanında "Dəniz təhlükəsizlik kəməri-2025" təlimləri başlayıb.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təlimlərdə Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmi dəstələri iştirak edir.

Təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, dənizdə quldurluq və terrorizmlə mübarizə və dəniz kommunikasiyalarını qorumaqdır.

11:36

Çin, İran və Rusiya birgə dəniz təlimləri keçirəcəklər.

Bu barədə hakimiyyet.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Çin, İran və Rusiya mart ayında Çabahar limanı yaxınlığında birgə təlimlər keçirəcəklər.

Çin Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb. Təlimlərin strateji əhəmiyyətli enerji nəqli regionunda təhlükəsizliyin təmin edilməsinə yönəldiyi bildirilir.

Seçilən
2
hakimiyyet.az

1Mənbələr