Azərbaycan millisinin üzvləri ailə həyatı qurub.
KONKRERT.az Offsideplus.az-a istinadən xəbər verir ki, Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə beynəlxalq yarışlarda təmsil edən cütlüyü Maksin Vezerbi və Aleksandr Kolosovskiy evləniblər.
Bu barədə cütlük sosial şəbəkə səhifələrində paylaşım edib. Onlar ABŞ-nin Florida ştatında subaylığın daşını atıblar.
Maksin və Aleksandrın hər ikisi 23 yaşındadır.