AZ

Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr — TAM SİYAHI

Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Ermənistan olub.

Yeniavaz.com məşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin orta qiyməti 0,31 avro (130 dram) təşkil edib.

Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,19 avroya (13,95 kron) satılıb.

Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,37 avro) bərabərdir.

Avropada LPG-nin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Ermənistan və Rusiya. Belarusda isə LPG Azərbaycan il eyni qiymətə – 0,37 avroya (1,25 Belarus rublu) satılır.

Cədvəldə Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib:
Seçilən
16
2
demokrat.az

3Mənbələr