AZ

Elə bir faktın üstünü açdı ki... “Bunu öz başıma yox, özləri ilə razılaşdırıb etmişəm”

Hazırda “Qəbələ”ni çalışdıran Kxaaber Tsxadadze keçmişlə bağlı maraqlı faktın üstünü açıb.

Gürcüstanlı mütəxəssis legionerin ölkə futboluna verməli olduğu faydadan danışarkən, keçmişdən söz açıb.

O, vaxtilə “İnter”i çalışdırdığı dönəmdə komandada top qovan legionerlərin müqavilə şərtlərində yazılanları Sportinfo.az-a açıqlayıb:

“İnter”in heyətindəki legionerlər yadınızdadır? Əksəriyyəti şəxsən tanıyaraq dəvət etdiklərim, Gürcüstan millisinin üzvləri idi.

Legionerlərlə şərtim bilirsiniz nəcəydi? Müqavilələrinə bənd saldırmışdım ki, əsas heyətdə oynamayacaqsansa, sənəddə göstərilən məbləği qazana bilməyəcəksən.

Elə məşq etməlisən ki., mən səni start heyətinə layiq görüm. Əsas məqsəd “11-liy”ə düşmək idi, digər vacib məsələ uduzmamaq.

Məğlubiyyət təqdirində belə, maaşlarından pul kəsilirdi. Bunu öz başıma yox, özləri ilə razılaşdırıb etmişdim.

Çünki futbolçu kimi Almaniyada oynayanda, almanlar mənimlə məhz bu şərtlər altında müqavilə bağlamışdı.

Legioner adıyla başqa ölkəyə gedib, ehtiyatda oturmaq və ya komandaya xeyir verməmək bahasına böyük pullar qazanmaq mənim prinsiplərimə ziddir.

Ona görə də hamısı can-başla məşq edirdi ki, əsas heyətə düşsünlər. “İnter”in 6 il ərzində qazandığı kuboklarda, titullarda bu tələbin çox vacib rolu var idi”.

Tsxadadze “İnter”i çalışdırdığı 2009-2015-ci illər aralığında komanda onun rəhbərliyi altında Azərbaycan çempionu olub, iki dəfə gümüş, iki dəfə bürünc medallara yiyələnib, “Birlik kuboku”nu Rusiyadan Azərbaycana gətirib.

HƏBİB

Seçilən
11
sportinfo.az

1Mənbələr